planz nədir?
planz sahə işçilərini (field service) real vaxtda idarə etmək üçün çoxşirkətli SaaS platformadır. Şirkətlər tapşırıq yaradır, işçiyə təyin edir, canlı GPS xəritədə izləyir və müştəri imzası, şəkil, GPS ilə işin sübutunu toplayır. İnternet olmadıqda da işləyir.
planz hansı şirkətlər üçün uyğundur?
Sahədə işçisi olan hər şirkət üçün: internet/telekom provayderləri, logistika və kuryer xidmətləri, texniki servis şirkətləri, satış nümayəndələri, quraşdırma və təmir komandaları.
planz-ı digər sahə xidməti sistemlərindən nə fərqləndirir?
planz tam funksiyalı, müstəqil sahə xidməti idarəetmə (FSM) platformasıdır. Üstünlükləri: tam Azərbaycan dilində interfeys (16 dil dəstəyi ilə), AZN ilə şəffaf və sərfəli qiymətləndirmə, valyuta riski olmadan, birbaşa texniki dəstək, offline rejim və biznes proseslərinizə tam uyğunlaşdırıla bilən form qurucusu. Hər tarifdə bütün funksiyalar açıqdır.
planz neçəyə başa gəlir?
Qiymət işçi başına aylıqdır. Start tarifi 19 ₼/işçi (3-9 işçi), Komanda 15 ₼/işçi (10-49 işçi), Biznes 11 ₼/işçi (50+ işçi). Bütün tariflərdə eyni tam funksiya var — yalnız işçi sayı və qiymət dəyişir. Quraşdırma haqqı yoxdur.
Pulsuz demo varmı?
Bəli, 24 saatlıq pulsuz demo var. Sənə hazır test hesabları verilir: 1 şirkət admini, 1 əməliyyat müdiri və 1 sahə işçisi, üstəlik 3 nümunə tapşırıq və 2 form şablonu. Kart tələb olunmur.
planz internet olmadan işləyirmi?
Bəli. planz offline-first sistemdir — siqnal olmayan yerlərdə (zirzəmi, bina arası, uzaq kənd) tapşırıqlar görünür, statuslar dəyişir, formalar doldurulur. Bağlantı qayıdanda hamısı avtomatik serverə sinxronlaşır.
İşçinin işi tamamladığını necə sübut edirəm?
İşçi işi bitirəndə admin-in qurduğu formanı doldurur, müştəri ekranda imzalayır, şəkil çəkilir — hamısı GPS koordinatı və vaxt damğası ilə serverə yüklənir. İşi ləğv edirsə, məcburi səbəb və foto tələb olunur. Beləliklə mübahisəyə yer qalmır.
planz öz CRM və ya billing sistemimlə inteqrasiya olunurmu?
Bəli. planz REST API və Webhook təklif edir. Müştəriləri öz sistemindən (CRM, billing, istənilən baza) API ilə çəkə bilərsən, tapşırıq hadisələrini (yaradıldı/tamamlandı) webhook ilə anında öz serverinə göndərə bilərsən.
planz mobil tətbiqi varmı?
Bəli, planz-ın həm Android, həm iOS mobil tətbiqi var. Sahə işçiləri tapşırıqları telefonda görür, status dəyişir, forma doldurur, şəkil çəkir və GPS göndərir. Tətbiq 16 dil və dark mode dəstəkləyir.
planz hansı formaları dəstəkləyir?
Admin istənilən sahə tipi ilə öz form şablonunu qurur: mətn, rəqəm, uzun mətn, onay qutusu, seçim, şəkil (kamera və ya qalereya), GPS məkan, imza, QR/barkod. Hər sahənin məcburi olub-olmamasını da admin təyin edir.
planz harada yerləşir və kim hazırlayıb?
Sualın cavabsız qaldı?
Demo istə və ya bizimlə əlaqə saxla — 1 iş günü ərzində cavablandırırıq.