Tapşırığı ver, xəritədə izlə, işin sübutunu topla. İşçinin sənə nə təqdim edəcəyini — şəkil, imza, GPS, forma — özün təyin edirsən. planz hər addımı real vaxtda göstərir, internet olmasa belə.


Zəng, WhatsApp qrupu, kağız hesabat — hər şey dağınıqdır. Hər servis şirkəti bunları yaşayır, sadəcə kimsə artıq sistemi qurub.
Zəng, mesaj, qrup — hər şey axıb gedir. Kim nə etdi, nə vaxt etdi heç kim dəqiq bilmir.
Hər dəfə zəng edib soruşursan. Real iş vaxtı telefon söhbətinə gedir.
"Getdim, amma evdə yox idi" — bunu nə ilə sübut edəcəksən?
Səbəbini bilmirsən. Müştəri şikayət edir, sənin əlində məlumat yoxdur.
Zirzəmi, bina arası, kənd — internet olmayan yerdə işçi kör qalır.
Bu ay neçə iş bağlandı? Hansı işçi daha sürətli? Cavab yoxdur.
Paneldən tapşırıq ver — işçinin telefonuna push bildiriş dərhal gedir. Hər tapşırıqda işçinin sənə nə təqdim edəcəyini özün seçirsən: mətn, şəkil, imza, GPS məkanı, barkod və daha çoxu.

İşçi öz tapşırıqlarını xəritədə görür və ən qısa marşrutu planlayır. Sən isə admin paneldə bütün işçilərin harada olduğunu real vaxtda izləyirsən — kim yoldadır, kim müştəridədir.

İşçi işi bitirir, sənin qurduğun formanı doldurur, müştəri ekranda imzalayır, şəkil çəkilir — hamısı GPS və vaxt damğası ilə serverə yüklənir. Yazmağa vaxt yoxdursa, sahəyə toxunub danışır, mətn avtomatik yazılır.

Zirzəmi, bina arası, uzaq kənd — siqnal olmayan hər yerdə tətbiq işləyir. Statuslar dəyişir, formalar doldurulur. Bağlantı gəldikdə hamısı avtomatik göndərilir.

Bir işin ömrü başdan sona belə görünür
Müştəri, ünvan, prioritet seçilir
İşçinin telefonunda görünür
Yolda → Çatdım → Başladım
Admin istədiyi məlumatlar: imza, şəkil, GPS
Admin görür, mübahisə qalmır
planz tək başına işləyə bilər, amma mövcud sistemin varsa — onunla danışır. Müştəriləri API ilə öz sistemindən (CRM, billing və ya istənilən baza) çək, hadisələri webhook ilə anında öz serverinə göndər.








Fiber quraşdırma, avadanlıq dəyişimi, texniki dəstək
Çatdırılma marşrutu, qəbul imzası, real izləmə
Avadanlıq servisi, barkod skan, foto arxivi
Müştəri ziyarəti, hesabat, mövqe izləmə
İşçi öz dilində işləyir — Azərbaycan, Rus, İngilis və daha 13 dil
Gözə rahat tünd rejim — gecə növbəsində də rahat
Yeni tapşırıq, status dəyişikliyi — anında telefonda
Hər işçinin nə qədər iş bağladığını gör və müqayisə et